“Gözəl insan modeli” adlı psixoloji konfrans keçirildi

13 aprel 2014-cü il tarixində Gəncliyə Yardım Fondunun akt zalında nəzəri və təcrübi psixologiya sahəsində çoxsaylı elmi və elmi-publisistik kitabların müəllifı tanınmış Türkiyəli alim, İstanbul şəhəri Üsküdar Universitetinin rektoru, professor Nevzat Tarhanın iştirakı ilə psixologiya elminin dünya miqyasında qazandığı son uğurlara həsr olunmuş “Gözəl insan modeli” adlı geniş elmi-kütləvi konfrans keçirildi. Konfransda ölkəmizin müxtəlif ali təhsil müəssisələrində əsasən psixologiya,...

Xeyirxahlıq əngəl tanımır

İnsanları sevmək, onlara qayğı göstərmək, ən azından onların dərdlərinə şərik olmaq, bununla yanaşı öz yurd- yuvalarından didərgin düşmüş soydaşlarımıza, onların timsalında imkansız ailələrə imkanımızın çatdığı qədər yardımların edilməsi ən azından insanlıq və vətəndaşlıq borcumuzdur. Bu ülvi qayəni qarşısına məqsəd qoyan Gəncliyə Yardım Fondu 25 yaşlı gənc Adışov Orxanın əlil arbasına olan ehtiyacını qarşılamışdır.  Onun da istədiyi yerə rahat getməsi və hərəkətinin...

“Ümidsiz gənclərin könüllüsü olaq !” layihəsi keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən IV qrant müsabiqəsi çərçivəsində Aidə İmanova tərəfindən fərdi qazanılmış “Ümidsiz gənclərin könüllüsü olaq !” layihəsinin açılışı 1 aprel 2014-cü il tarixində Gəncliyə Yardım Fondunda baş tutub. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev, Gənclər Fondunun Layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov,...

31 mart Soyqrımına həsr olunmuş “Erməni Terroruna Yox Deyək!” adlı tədbir keçirildi

28.03.2014-cü il tarixində “Gəncliyə Yardım Fondu” nda  “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin təşkilatçılığı ilə “Erməni Terroruna Yox Deyək!” adlı tədbir keçirildi. Baş tutan tədbiri giriş nitqi ilə “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlu açdı. Azərbaycanın Dövlət Himni səsləndi, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin...

Novruz Bayramınız Mübarək

Sizi xalqımızın tarixi qədər qədim və əziz olan “Novruz bayramı” münasibəti ilə səmimi qəlbdən  təbrik edirik. Sizlərə uzun ömür, möhkəm can sağlığı, müstəqil Azərbaycanımızın inkişafı və tərəqqisi naminə  apardığınız işlərdə yeni-yeni uğurlar arzulayırıq. Hörmətlə: Gəncliyə Yardım Fondunun Rəhbərliyi

On Min Qardaş “Əl-Ələ”

Eskişehir 2013 Türk Dünyasının Mədəniyyət Paytaxtı layihəsi çərçivəsində Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun dəstəyilə 100 nəfər gənc, Türkiyənin İstanbul şəhərlərində təşkil olunan "On Min Qardaş “Əl-Ələ"  adlı tədbirlərdə iştirak etdilər. Tədbirdə çıxış edən Türkiyə Respublikasının Təhsil Naziri Nabi Avcı öz çıxışında ölkə xaricindən Türkiyəyə gələn gənclərə qonaq kimi deyil, Türkiyədəki gənclərin...

Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan ənənəvi XI əl işləri Xeyriyyə Sərgisinin açılış mərasimi keçirildi

Bu gün Gəncliyə Yardım Fondunda Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan ənənəvi XI əl işləri Xeyriyyə Sərgisinin açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cumhuriyyətinin İstiqlal marşı ilə açıq elan edilib. Sərginin açılış mərasimində Milli Məclisin deputatları, Türkiyə səfirliyinin müşavirləri, Hökumət nümayəndələri və QHT rəhbərləri iştirak edib.  Sərginin açılışında çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet  Tecim...

Gəncliyə Yardım Fondu Yeni Körpəsi Doğulan 500 Ailəyə Yardım edəcək

Hər il ənənəvi olaraq Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə “Azərbaycan və Türkiyə xanımlarının əl işləri Xeyriyyə Sərgisi” təşkil edilir. Sərgidən əldə olunan gəlir Azərbaycan xalqının milli problemlərinə həsr olunur. Belə ki,  keçən illərdə təşkil edilən sərgilər; “Xocalıya Yardım", "Qarabağ Suallar və Faktlar" kitabının nəşri, "Yeddi Uşaq Evinə Yardım", "Qocalar Evinə Yardım", "Uşaqlar Arasında Dişlərə Qulluq Mədəniyyətinin Formalaşması", "Qarabağ Suallar və Faktlar" kitabının türk...

Türkdilli Dövlətlərin 2000 Gənci “Xocalıya Ədalət” dedi

Eskişehir 2013 Türk Dünyasının Mədəniyyət Paytaxtı layihəsi çərçivəsində Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun dəstəyilə 200 nəfər gənc, habelə, tanınmış ziyalı "Xocalıya ədalət!" kampaniyası çərçivəsində Türkiyənin Eskişehir, Bursa və İstanbul şəhərlərində təşkil olunan "Türk Dünyasının Qanayan Yarası Xocalı Soyqırımı" adlı tədbirlərdə iştirak etdilər. Layihə çərçivəsində Fevralın 26-da Eskişehir Valiliyinin təşkilatçılığıyla və...

“Müharibə uşaqların gözü ilə”

Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş “Müharibə uşaqların gözü ilə” mövzusunda Bakı şəhər orta ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi və Xocalı faciəsini dünya ictimaiyyətinə tanıtmaq üçün elektron aksiya keçirilib... Tədbiri giriş sözü ilə açan Gəncliyə Yardım Fondunun prezidenti...