GYF və TİKA Regionlarda Əngəlsiz Həyata İmza Atır
Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin Bakı Koordinatorluğu (TİKA) və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun dəstəyi ilə əlil arabalarının təqdim olunması uğurla davam etməkdədir. 30.07.2016 tarixində Saatlı rayonunda Saatlı və Sabirabadan olan 19 əlilə əlil arabaları təqdim olunub. Saatlı rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə giriş sözü ilə çıxış edən Saatlı rayon İcra Hakimiyyətinin İctimai-siyasi humanitar məsələləri şöbəsinin əməkdaşı Azər...
Şəhidlərimizi Rəhmətlə Anırıq
26.07.2016-cı il tarixində ölkəsinin gələcəyini qorumaq üçün özünü fəda edən və bu yolda şəhid olan millətinə sadiq əsgər, polis və qəlbi imanla dolu Türkiyə vətəndaşlarına Allahdan rəhmət diləmək və onların xatirəsini yad etmək məqsədilə Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə “Şəhidlərimizi Rəhmətlə Anırıq” adı altında Azərbaycan və Türkiyə şəhidərini anma tədbiri keçirilib. Tədbirdə dövlət və hökumət nümayəndələri, QHT rəhbərləri və KİV nümayəndələri...
GYF-dən Növbəti Xeyriyyə Aksiyası
Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin Bakı Koordinatorluğu (TİKA) və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun dəstəyi ilə Bakı şəhərində 37 nəfərə əlil arabası təqdim olunub. Tədbiri giriş sözü ilə açıq elan edən TİKA-nın Bakı koordinatoru Mustafa Haşim Polat bildirib ki,əlillərlə bağlı bu kimi müxtəlif xeyriyyə tədbirləri daha əvvəllər də həyata keçirilib və gələcəkdə də keçiriləcək. TİKA-nın müxtəlif xeyriyyə fəaliyyətlərindən söz açan...
Qardaşlıq Paylaşmaqdır Sevinci və Kədəri
Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin Bakı Koordinatorluğu (TİKA) və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun dəstəyi ilə iyulun 20-də İsmayıllı rayonunda əlil arabalarına ehtiyacı olan vətəndaşlara 24 əlil arabası təqdim edilib. Əlil arabalarının 13-i İsmayıllı, 11-i isə Qəbələ rayonunun vətəndaşlarına təqdim olunub. Bu münasibətlə İsmayıllı rayonunda keçirilən tədbiri Ailə Qadın və Uşaq Problemləri Komitəsinin İsmayıllı şöbəsinin müdiri Lətifə xanım Əliyeva açaraq,...
Zaqatalada Sağlamlıq İmkanı Məhdud 36 Vətəndaşa Əlil Arabası Təqdim Olunub
Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin Bakı Koordinatorluğu (TİKA) və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun dəstəyi ilə “Pənah” Əlillərin Müdafiəsi Cəmiyyəti iyulun 19-da Zaqatala rayonunda əlil arabalarına ehtiyacı olan vətəndaşlara 36 əlil arabası təqdim edib. Əlil arabalarının 28-i Zaqatala, 8-i isə Balakən rayonunun vətəndaşlarına təqdim olunub. Bu münasibətlə Zaqatala şəhərində keçirilən tədbiri “Pənah” Əlillərin Müdafiəsi Cəmiyyətinin sədri Gülbəniz Bayramova açaraq, 1998-ci...
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Dövlətimizin başçısı Türkiyədə hərbi çevriliş cəhdini qətiyyətlə pisləyərək bildirib ki, Azərbaycan xalqı və dövləti həmişə olduğu kimi, Türkiyə xalqı və dövlətinin yanındadır. Prezident İlham Əliyev çevriliş cəhdinin qarşısının alınması nəticəsində həlak olanların ailə üzvlərinə və Türkiyə Prezidentinə başsağlığı verib, yaralılara şəfa arzulayıb. Azərbaycan Respublikasının Prezidenti əminliyini...
Gəncliyə Yardım Fondunda 15 İyul Şəhidlərinin Anım Mərasimi Keçirilib
Bu gün Gəncliyə Yardım Fondunun şəhid Ömər Halis Dəmir adına konfrans zalında 15 İyul 2016-cı il tarixində qardaş Türkiyədə dövlət çevrilişinə cəhd hadisələri zamanı milli iradə və vətən uğrunda canlarını fəda edən şəhidlərin anım mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cümhuriyyətinin istiqlal marşı ilə açıq elan edilib. Daha sonra müqəddəs Qurani Kərimdən şəhidlərin ruhuna ayələr oxunub. Tədbirdə çıxış...
Azərbaycanda Xeyriyyəçilik Ənənəsi” Mövzusunda Konfrans Keçirildi
10.07.2016-ci il tarixində Gəncliyə Yardım Fondu və Könüllü Gənclər İctimai Birliyinin təşkilatçılığı, TİKA Bakı Proqram Koordinatorluğunun dəstəyi ilə keçirilən “Bakı Gənclik Akademiyası” layihəsi çərçivəsində bu dəfə gənclərimizin görüşünə tarixçi Prof. Dr. Okan Yeşilot gəldi. Tədbiri giriş sözü ilə açıq elan edən TİKA Bakı koordinatoru Mustafa Haşim Polad qonaq haqqında gənclərimizə məlumat verdi. Azərbaycanda xeyriyyəçilik ənənəsi barədə öz fikirlərini bildirdi...
Terror Hadisəsi Qurbanlarının Xatirəsi Yad Edildi
Gəncliyə Yardım Fondunun əməkdaşları Türkiyədə baş verən terror hadisəsi qurbanlarının xatirəsini yad ediblər. Fondun əməkdaşları 28 iyun 2016-cı il tarixində İstanbulun Atatürk hava limanında baş verən hadisəyə öz etirazlarını bildirmək üçün Türkiyənin ölkəmizdəki səfirliyinin qarşısında gənclər təşkilatlarının nümayəndələri ilə toplaşaraq terror qurbanlarının xatirəsini yad edib, səfirliyin qarşısına gül dəstələri qoyublar. Daha sonra nümayəndə heyəti terror qurbanlarının ailələrinə və yaxınlarına səbir diləyib,...
Yardımlaşma Ayında GYF Ənənəsinə Sadiq Qaldı
Uzun illərdir Azərbaycanda xeyriyyə fəaliyyətlərini davam etdirən Gəncliyə Yardım Fondu paylaşma və yardımlaşma ayı olan Mübarək Ramazan ayı ərəfəsində də bu ənənəsinə sadiq qaldı. 23.06.2016 tarixində Gəncliyə Yardım Fondu, Türkiyənin Aziz Mahmud Hüdayi Vəqfi ilə birgə həyata keçirdiyi layihə çərçivəsində Bakı şəhəri Nərimanov rayonu ərazisində yaşayan 50 görmə qabiliyyəti məhdud və aztəminatlı ailəyə ərzaq yardımı edib. Qeyd edək ki, bununla birlikdə...














