WHAT'S NEW
BİGA-da Rəqəmsal Dövrün Gəncləri Adlı Panel Keçirilib
ACCESSORIES
Türkiyə Diyanət Vəqfinin Nümayəndələri GYF-nin Qonağı Olub
“Mənim Bayrağım” Mövzusunda Keçirilən İnşa Yazı və Şeir Müsabiqəsinin Qalibləri...
WINDOWS PHONE
GYF-də Qafqaz Regionunda Beynəlxalq Münasibətlər Adlı Konfransı Keçirilib
GYF-də “Şuşa Fatehi – Yunis Kazımov” Kitabının Təqdimatı Keçirilib
Aprelin 18-də Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda Vətən müharibəsi şəhidi Yunis Kazımovun əziz xatirəsinə həsr olunmuş “Şuşa fatehi – Yunis Kazımov” kitabının təqdimat mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təqdimat mərasimini giriş sözü ilə açan...
Türkiyə Səfirliyinin Müşavirləri Gəncliyə Yardım Fondunu Ziyarət Ediblər
Türkiyənin Azərbaycandakı səfirliyinin din xidmətləri üzrə müşaviri İhsan Açık, əmək və sosial müdafiə üzrə müşaviri Mumammed Fatih Bilal Alodalı, kənd təsərrüfatı və meşəçilik sahələri üzrə müşaviri Yener Yıldırım və Diyanət Vəqfi liseyinin direktoru Kadir Bektaşoğlu Gəncliyə Yardım Fondunu ziyarət ediblər. Ziyarət çərçivəsində qonaqlar Fondun rəhbərliyi ilə görüş keçirərək qurumun fəaliyyəti və son dövrlərdə həyata keçirdiyi layihələrlə yaxından tanış olublar.
BİGA-da “Karyerada Natiqliyin Rolu” Mövzusunda Seminar Keçirilib
Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında Bakı İstedadlı Gənclər Akademiyasında “Karyerada natiqliyin rolu” mövzusunda seminar təşkil olunub. Müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələr və gənclər iştirak etdiyi seminarın eksperti qismində biznesin inkişafı üzrə mütəxəssis Ağarəhim Şavruqzadə çıxış edib. Ağarəhim Şavruqzadə çıxış edərək müasir dövrdə natiqlik bacarıqlarının karyera inkişafında mühüm rol oynadığını vurğulayıb. Ekspert bildirib ki, effektiv ünsiyyət,...
GYF-də “Karyera Planlaması: Bu Gündən Gələcəyə Addım” Mövzusunda Seminar Keçirilib
Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə “Karyera planlaması: bu gündən gələcəyə addım” mövzusunda seminar keçirilib. Seminarda spiker qismində Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərən İqlim Elmi-İstehsalat Müəssisəsinin Təşkilati İnkişaf şöbəsinin müdiri Samir Həmzəyev çıxış edib. Samir Həmzəyev karyera planlamasının əhəmiyyəti, düzgün istiqamət seçimi və əmək bazarının tələblərinə uyğun bacarıqların formalaşdırılması mövzularına toxunub. O qeyd edib...
Kaanlar Qida Şirkətinin Baş Direktoru Ahmet Kaan Gəncliyə Yardım Fondunun Qonağı olub
Türkiyənin tanınmış şirkətlərindən biri olan Kaanlar Qida Şirkətinin Baş Direktoru Ahmet Kaan Fondun fəaliyyətini yaxından tanımaq məqsədilə qurumu ziyarət edib. Ziyarət çərçivəsində keçirilən görüş zamanı Fondun rəhbərliyi ilə geniş fikir mübadiləsi aparılıb. Salih Zeki Meriç təşkilatın əsas fəaliyyət istiqamətləri, həyata keçirilən sosial, təhsil və mədəni layihələr barədə ətraflı məlumat verərək bildirib ki, Fondun prioritet məqsədlərindən biri gənclərin potensialını üzə çıxarmaq,...
Əməkdar Jurnalist Faiq Hüsiyev Gəncliyə Yardım Fondunun Qonağı Olub
Azərbaycan Televiziyasının Analitik Qurupunun rəhbəri, TV1 kanalının təsisçisi əməkdar jurnalist Faiq Hüsiyev Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət çərçivəsində qonaq Fondun rəhbərliyi ilə görüş keçirib, qurumun fəaliyyəti və həyata keçirdiyi layihələrlə yaxından tanış olub. Görüş zamanı Salih Zeki Meriç Gəncliyə Yardım Fondunun əsas fəaliyyət istiqamətləri, gənclərin inkişafına yönəlmiş sosial, təhsil və mədəni layihələr barədə ətraflı məlumat verib. Salih bəy bildirib...
GYF Rəhbərliyi TİKA Bakı Nümayəndəliyini Ziyarət Edib
Gəncliyə Yardım Fondunun rəhbərliyi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyini ziyarət edib. Ziyarət çərçivəsində Fond rəhbərliyi nümayəndəliyin koordinator əvəzi Kürşat Özdemir bəylə görüşüb. Görüşdə Salih Zeki Meriç Gəncliyə Yardım Fondunun son illərdə həyata keçirdiyi sosial, humanitar və təhsil yönümlü layihələri haqqında ətraflı məlumat verib. Salih bəy Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi və Gəncliyə Yardım Fondunun uzun illərdir davam edən...
Türkiyə Təhsil Nazirliyinin Sabiq Baş Direktoru Gəncliyə Yardım Fondunun Qonağı Olub
Türkiyə Respublikası Təhsil Nazirliyinin Özəl Təhsil Müəssisələri üzrə sabiq baş direktoru, Dr. Muammer Yıldız Gəncliyə Yardım Fondunun qonağı olub. Dr. Muammer Yıldız Fondun rəhbərliyi və əməkdaşları ilə görüş keçirib. Görüş zamanı Gəncliyə Yardım Fondunun rəhbəri Salih Zeki Meriç qurumun həyata keçirdiyi humanitar yardım, sosial və təhsil layihələri, eləcə də Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edən...
GYF-də Vətən Müharibəsi Qaziləri İstedadlı Gənclərlə Görüşüblər
Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Vətən Müharibəsi və Aprel Döyüşləri qaziləri ilə müxtəlif universitetlərdə oxuyan istedadlı gənclərin görüşü baş tutub. Görüşdə Vətən Müharibəsinin qaziləri XTQ giziri Güləli Abdullayev və XTQ giziri Vüqar Məmmədov iştirak ediblər. Tədbir torpaqlarımızın azadlığı və suverenliyi uğrunda əziz canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqləlik sükutla yad edilərək başlanıb....
Gəncliyə Yardım Fondunun Rəhbərliyi Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla Görüşüb
Aprelin 2-də Gəncliyə Yardım Fondunun rəhbərliyi Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün, Türkiyənin Azərbaycandakı sabiq səfiri Cahit Bağcı və Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım ilə görüşüb. Salih Zeki Meriç Gəncliyə Yardım Fondunun qurulduğu gündən bu günə qədər həyata keçirdiyi humanitar yardım, sosial və təhsil fəaliyyətləri,...



































